Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir

14:23 | 16.09.2024
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir

Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir

Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında iştirakı barədə danışmaq hələ tezdir. Bu barədə sentyabrın 16-da Milli Assambleyada keçirilən ənənəvi brifinqdə hakim "Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan bildirib. Bu barədə Ermənistan KİV yazıb. 

"Hazırda bu suala cavabım yoxdur. Belə bir qərar qəbul edilərsə təbii ki, bundan xəbəriniz olacaq. Hazırda hesab edirəm ki, bu barədə hələ danışmağın vaxtı deyil”, - Hovhannisyan bildirib.
 
Noyabrın 11-22-də Bakıda COP-29  keçiriləcək. Azərbaycan Ermənistanı da bu tədbirdə iştiraka dəvət edib. Nikol Paşinyan təklifin gəldiyi vaxt məzuniyyətdə olduğunu əsas gətirərək Azərbaycana rəsmi cavab verməmişdi.
 
Ekspertlər Ermənistanın bu tədbirdə xarici işlər naziri səviyyəsində təmsil olunacağını proqnozlaşdırır.  Ermənistan xarici işlər naziri bu dəvəti qəbul edərsə son 30 il ərzində bu Ermənistan XİN rəhbərinin Bakıya ilk səfəri olacaq.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM