Ermənistanın Fələstinə dəstəyi İsraillə münasibətləri poza bilər

21:31 | 21.06.2024
Ermənistanın Fələstinə dəstəyi İsraillə münasibətləri poza bilər

Ermənistanın Fələstinə dəstəyi İsraillə münasibətləri poza bilər

Ermənistanın Fələstini müstəqil dövlət kimi tanıması İsrail-Ermənistan münasibətlərinə mənfi təsir edəcək. Bu barədə İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

"Ermənistanın Fələstin dövlətini tanıması HƏMAS və digər Fələstin qruplaşmalarının terrorçuları və qatilləri üçün bir mükafatdır. Bu addımın İsrail və Ermənistan münasibətləri üçün uzunmüddətli ciddi nəticələri olacaq”, - o yazıb.

Ermənistan Fələstini müstəqil dövlət kimi tanıması ilə bağlı bəyanat verib.

Fələstin HƏMAS hərəkatı Fələstin dövlətini tanımaq qərarına görə Ermənistana təşəkkür edib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür