Ermənistanın Türkiyəni təslim etmək cəhdi

14:49 | 24.08.2017
Ermənistanın Türkiyəni təslim etmək cəhdi

Ermənistanın Türkiyəni təslim etmək cəhdi

Moskvadan edilən yeni təklif İrəvanda ajiotaj yaradıb

Ermənistan - Türkiyə sərhəddinin açılmasına Ermənistanın bağladığı ümidlər, çətin ki, çin olsun.

Türkiyənin iqtisadiyyat naziri Zeybəkçinin bu yaxınlarda ölkəsinin Avrasiya İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə verdiyi açıqlama İrəvanda emossiya partlayışına səbəb olub.

Ermənilər o saat Ermənistanın bu prosesdən mənfəətini hesablamağa başlayıblar. Özü də, ekspertlər sanırlar ki, Avrasiya İttifaqı ilə sazişdən sonra Ankara Ermənistan - Türkiyə sərhəddini açmalıdır. Bunu da İrəvanda çoxdan arzulayırlar. Yada salaq ki, sərhəd Türkiyə tərəfindən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsin ilə əlaqədar bağlanıb.

Amma politoloqlar hesab edirlər ki, hər şey Moskvanın əmri ilə baş verəcək. Bunun üçün əsas vardır. Türkiyəli nazirin bəyanatında xüsusi qeyd edilir ki, onun ölkəsini Avrasiya İttifaqı ilə gömrük saziş imzalamağa çağırırlar. Ona görə də demək olar ki, Ankara Avrasiya İttifaqının rəhbərlərindən dəvətnamə alıb. Ola bilər ki, Ermənistan prezidentinə də buyurulubdur ki, bu sənədə qol çəksin.

Bu, əlbəttə ki, bir sıra siyasətçilər üçün həddiyyədir. Çünki onlar Ermənistanın Avrasiya İttfaqından çıxmasını tələb edirlər. Rəsmi İrəvan, əlbəttə ki, Moskva ilə danışqlarda öz erməni siyasətini davam etdirəjək və əsas arqument kimi müxalifətin tələblərini istifadə edəjək. Amma hər şey ona gətirir ki, Ermənistan Türkiyə arasında sərhədlər əvvəlki kimi bağlı olajaq. Ola bilər ki, həttə bu sual Soçidə Sarkisyan və Putinin dünənki görüşündə səslənib. Aydındır ki, Moskvda üçün Ankara bu gün daha önəmli tərəfdaşdır. Türkiyənin gömrük sazişinə qoşulması, müəxəssilərin fikrinjə, Avrasiya İttifaqının iqtisadiyyatına müsbət təsir göstərəjək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb