Ermənistanın “Eurovision” mahnısının adı dəyişdirildi

16:49 | 17.03.2015
Ermənistanın “Eurovision” mahnısının adı dəyişdirildi

Ermənistanın “Eurovision” mahnısının adı dəyişdirildi

Ermənistan "Eurovision-2015” mahnı müsabiqəsinə təqdim etdiyi "Don’t deny” ("İnkar etmə”) mahnısının adını dəyişib.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, mahnı "Face The Shadow” ("Kölgə ilə üzləş”) adlandırılıb.
 
Qərar iştirakçı ölkələrin nümayəndə heyətlərinin görüşündə qəbul edilib.
 
Təşkilat komitəsi mahnının adını dəyişildikdən sonra Ermənistanın iştirakını təsdiqləyib.
 
Erməni tərəfi mahnının adının dəyişdirilməsini mahnının siyasi motivli olması barədə yayılan məlumatlara son qoymaq üçün etdiyini açıqlayıb.
 
Görüşdə qeyd olunub ki, "Eurovision” mahnı müsabiqəsi bütün siyasi motivləri rədd edir, sülh, tolerantlıq və dözümlülük məqsədi daşıyır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb