Birliyin adını Məhəmməd peyğəmbərin sevimli xanımı olan həzrəti Aişənin xatirəsinə qoyan qadınlar hərbi forma geyinir və Hələb küçələrində əllərində silah dolaşırlar.
Silahlı analar xüsusilə nzarət nöqtələrində xidmət edir, Əsəd rejiminə qarşı şəhərin mühafizəsini öz üzərlərinə götürüblər.
Yayılan xəbərlərə görə, "Aişə Ana Briqadası"nın üzvləri arasında əvvəllər universitet tələbəsi və iş qadınları olub. Onlarla bərabər evdar qadınlar da bu birliyə qoşulub. Bu qadınlar eyni zamanda cəbhədə qurulan səyyar xəstəxanada yaralılara yardım edirlər.
Briqadanın qurucusu UMM Omerdir.
2011-ci ildən indiyə qədər davam edən vətəndaş müharibəsi zamanı ölən hər 4 nəfərdən biri sıravi vətəndaşdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !