Əsas kapitala qoyulan vəsaitin həcmi 4% artıb - DSK

13:25 | 15.04.2024
Əsas kapitala qoyulan vəsaitin həcmi 4% artıb - DSK

Əsas kapitala qoyulan vəsaitin həcmi 4% artıb - DSK

2024-cü ilin birinci rübundə Azərbaycanda əsas kapitala 3809,2 milyon manat vəsait qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
neft-qaz sektorunda investiyaların həcmində 2,7%, qeyri neft-qz sektorunda isə 4,8% artım müşahidə olunub.  
 
Daxili mənbələr hesabına qoyulan əsas kapitalın sərmayəsi 79,4% təşkil edib.  
 
"Əsas kapitala yönəldilmiş investisiyalarda müəssisə və təşkilatların öz vəsaitləri 1924,1 milyon manat, büdcə vəsaitləri 1475,6 milyon manat, digər maliyyə mənbələri isə 409,5 milyon manat olub", - məlumatda deyilir. 
 
Bundan əvvəl  BP tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda layihələrə 84 milyard dollardan çox sərmayə qoyduğunu açıqlayıb. 
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çox olub. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.

 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb