Əsir götürülən azərbaycanlının ailəsi nazirliyə çağırıldı

14:28 | 16.07.2014
Əsir götürülən azərbaycanlının ailəsi nazirliyə çağırıldı

Əsir götürülən azərbaycanlının ailəsi nazirliyə çağırıldı

Bir neçə gün öncə ermənilər tərəfindən Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərovun ailəsi Müdafiə Nazirliyində olub. 
ANN.az-ın məlumatına görə, bu barədə AzVision.az-a onun həmkdənlisi Yusif Əsgərov məlumat verib. Onun sözlərinə görə, D.Əsgərovun ailəsi Müdafiə Nazirliyinə müraciət edərək onun girovluqdan azad edilməsi üçün general-polkovnik Zakir Həsənovdan kömək istəyiblər.
“Dilqəm terrorçu deyil ki, deyəsən qaçır gedir. Onun əzizlərinin qəbri oradadır, özü orada doğulub böyüyüb. Gedib ziyarət edir, burada nə qəbahətli iş var?”. 
Qeyd edək ki, Kəlbəcərin Şaplar kəndində dünyaya gələn, hazırda Rusiya vətəndaşı olan Dilqəm Əsgərov erməni silahlı qüvvələri tərəfindən girov götürülüb. Erməni mətbuatı onun Kəlbəcərdə lentə alınan videogörüntülərini yayıb.
Düşmən tərəfi onun diversant olduğu barədə məlumatlar yaysa da Müdafiə Nazirliyi bunu təkzib edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM