Evakuatorların fəaliyyətinə son qoyulması barədə AÇIQLAMA

17:00 | 16.07.2014
Evakuatorların fəaliyyətinə son qoyulması barədə AÇIQLAMA

Evakuatorların fəaliyyətinə son qoyulması barədə AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində evakuasiya avtomobillərinin fəaliyyətinə son qoyulması barədə yayılan məlumatlara münasibət bildirib. 
İdarədən APA-ya verilən xəbərə görə, qadağan olunan yerlərdə avtonəqliyyat vasitələrinin bundan sonra evakuasiya avtomobilləri ilə aparılmayacağı və ümumiyyətlə, yol polisinin balansında olan evakuasiya avtomobillərinin fəaliyyətinin dayandırılması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır.
 
Açıqlamada bildirilib ki, qadağan olunan yerlərdə avtomobil saxlayan şəxslər yol polisi tərəfindən cərimələnir və həmin avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançasına aparılır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM