Evi partlayanlara pul və ev veriləcək

15:12 | 08.09.2014
Evi partlayanlara pul və ev veriləcək

Evi partlayanlara pul və ev veriləcək

Bu gün səhər saatlarında Xırdalanda baş verən partlayışda evləri yararsız hala düşən sakinlər yeni mənzillərlə təmin ediləcək. Bu barədə AzVision.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov məlumat verib. Onun sözlərinə görə, həmin insanlar məcburi köçkünlər üçün nəzərdə tutulan şəhərcikdə yeni mənzillərlə təmin ediləcək. G.Fərhadov bildirib ki, xilasetmə işləri başa çatdıqdan sonra əhaliyə kompensasiya verilməsi məsələsinə də baxılacaq: “Hazırda əsas məsələ insanların xilas edilməsidir. Bunlar sona çatdıqdan sonra müvafiq dövlət qurumları birgə toplantı keçirəcək. Bundan sonra hansı addımın atılması və nə qədər kompensasiya verilməsi müəyyən olunacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM