Evlərə “kupça” almaq asanlaşır?

17:10 | 27.11.2013
Evlərə “kupça” almaq asanlaşır?

Evlərə “kupça” almaq asanlaşır?

"İlin sonuna kimi 170 min daşınmaz əmlakın qeydiyyatdan keçəcəyi proqnozlaşdırılır". 

ANN.Az-ın məlumatına görə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib. O bildirib ki, görülən işlərin nəticəsində son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimuma çatıb.

"Daşınmaz əmlakın qeydiyyat sayı 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub. 25 noyabr tarixinə kimi olan son rəqəmlərə görə artıq 157 min daşınmaz əmlak qeydiyyata alınıb. İlin sonuna kimi isə bu rəqəmin 170 minə çatacağı ehtimal olunur".

Rafiq Cəlilov görülmüş işlərə əyani sübutu kimi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korparasiyası tərəfindən hazırlanan "Doing-Business 2014" hesabatında Azərbaycanın daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yeri tutmasını göstərib. 

O, həmçinin bildirib ki, hazırda Əmlakın “Qeydiyyatı və Kadastrı İnformasiya Sistemi yaradılır: “ Bu sistem vasitəsilə bütün əmlakın qeydiyyatı, idarə edilməsi elektron şəkildə həyata keçiriləcək. Bu işlər başa çatdıqdan sonra biz ilkin qeydiyyatları da elektron şəkildə həyata keçirə biləcəyik. Proses 2014-cü ilin sonunda başa çatdırılacaq. Beləliklə, 2015-ci ilin əvvəlindən vətəndaşar “kupça”nı onlayn şəkildə əldə edə bilcəklər”. 

O, sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsinə də münasibət bildirib: “Bizim ərazi idarələrimiz “Reyestr haqqında qanun”a əsasən fəaliyyət göstərirlər. Qanunvericiliyə uyğun olaraq müvafiq sənədləri təqdim edən vətəndaş əmlakını ərazi idarələrində qeydiyyatdan keçirə bilərlər”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM