Eyvan tikintisi üçün icazə verən məmur vətəndaşa kompensassiya ödəməlidir - EKSPERT

16:45 | 20.08.2015
Eyvan tikintisi üçün icazə verən məmur vətəndaşa kompensassiya ödəməlidir - EKSPERT

Eyvan tikintisi üçün icazə verən məmur vətəndaşa kompensassiya ödəməlidir - EKSPERT

Bu gün Bakı şəhər icra hakimiyyəti Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərin bəzilərinin eyvanını söküb. Səbəb həmin mənzil sahiblərinin eyvanın inşasına müdaxil eləməsi, adi qaydadan irəli çıxmasıdır. Söküntü zamanı bina sakinləri ilə icra hakimiyyətinin əməkdaşları arasında ciddi münaqişə yaranıb. Sakinlər bildiriblər ki, biz bu eyvanları icra hakimiyyətindən alınmış qanuni sənədlər əsasından tikmişik. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov sənədi olmayan eyvanların sökülməsi ilə bağlı tapşırıq verib.
 
Məsələyə hüquqi qiymət verən hüquqşünas Ələsgər Məmmədli ANN.Az-a açıqlamasında bildirib ki, hər hansı bir mülkiyyət sökülürsə, bu iş ancaq məhkəmə qərarı ilə həyata keçirilə bilər: "İcra hakimiyyəti sadəcə hər hansı məhkəmə qərarı olmadan, onların qanuni olub-olmamasını araşdırmadan bir başa sökmək funksiyasını həyata keçirməməlidir. Qanunsuz tikilmiş, ya da qanunsuz formadan rəsmiləşdirilmiş hər hansı məqam varsa, yəni qanunsuz eyvan artırırsa, bu eyvan artımı kiminsə gediş-gəlişinə mane olursa, yaxud binanın təhlükəsizliyinə xələl yetirirsə, kimlərinsə hüquqlarını pozursa, bu zaman qanunverciliyinə tələblərinə əməl olunmalıdır. Yəni bina sakini eyvan artırarkən normalda 1.2 metr endə eyvan nəzərdə tutubsa, sakin isə eyvanı 5 metr uzadıb altına dayaqlar düzüblərsə, bu əlbəttə, həm bina sakinləri həm də bina üçün təhlükə yarada bilər”.
  
Problemin hüquqi izahını verən hüquqşünas qeyd etdi ki, qanunlarla vəziyyət belə tənzimlənir: "Eyvan artırılması üçün qanuni sənədi olan ev sahiblərinin eyvanları sökülürsə, bu zaman tikinti üçün sənəd verən icra strukturu orqanı ev sakinlərinə kompensasiya verməlidir . Çünki onlar qanunsuz olaraq sənəd veriblər, bu şəxslərin icra hakimiyyətində, yaxud daha yüksək yerdə işləmələrinin heç bir fərqi yoxdur. Hər kəs qanun qarşısında eynidir. Amma bu kompensasiya dövlət tərəfindən verilməməlidir”.
  
"Hər kəs bilməlidir ki, yaşayış binasında 6-7 metr qabağa eyvan çıxarmağın qanunda hüquqi əsası yoxdur. Əgər bu tikiliyə görə bir sənəd verilibsə, əmin olsunlar ki, bu qanunsuz sənəddir və həmin tikilin həmişə sökülmə ehtimalı var. Qanunsuz iş görənlər isə cinayət məhsuliyyətinə cəlb olunmalıdırlar.” – deyə hüquqşünas bildirib.
  
Bina sakinləri ilə icra hakimiyyətləri arasında baş verən mübahisə ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da telefon zənglərimizə cavab verən olmadı.

 

Orxan Aslanlı
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür