Facebook-a 99 günlük ƏLVİDA

23:53 | 16.07.2014
Facebook-a 99 günlük ƏLVİDA

Facebook-a 99 günlük ƏLVİDA

Hollandiyanın “Just” yaradıcı agentliyinin təşkil etdiyi “99 Days Of Freedom” (“Azadlığın 99 günü”) layihəsi çərçivəsində Facebook istifadəçiləri 99 gün ərzində bu sosial şəbəkədən istifadə etməyəcəklər. Bizimyol.info lookatme.ru saytına istinadən xəbər verir ki, müddətin sonuna yaxın tədqiqatçılar Facebook-un insan xoşbəxtliyinə nə dərəcədə təsir edəcəyini müəyyənləşdirəcəklər.  

Agentliyin əvvəlki araşdırmalarına görə, insanlar gün ərzində orta hesabla ən azı 17 dəqiqələrini Facebook-da keçirirlər. Bu da o deməkdir ki, iştirak edənlər layihə müddətində ən azı 28 saat boş vaxt qazanacaqlar. Layihə müəllifləri deyirlər ki, bu müddət də təsadüfi olaraq seçilməyib. Belə ki, bu müddət ərzində istifadəçilər təcrübədən bezməyəcəklər, tədqiqatçılar isə zəruri informasiyanı əldə edə biləcəklər. “Facebook - inanılmaz bir platformadır və təbii ki, rəğbətə layiqdir. Lakin onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrdən az istifadə etməyin də emosional mənfəətləri var. Layihənin insanlara daha çox müsbət emosiya verəcəyini düşünürük. Ancaq yenə də 99 gün sonra bu haqda daha dəqiq məlumatımız olacaq” - “Just” agentliyinin art-direktoru Merlin Stratxof bildirib. 

Təcrübədə istənilən şəxs iştirak edə bilər. İştirak arzusunda olanlar bu saytda -  http://99daysoffreedom.com/ qeydiyyatdan keçməyiniz, Facebook-da profil şəklinizi “99 Days Of Freedom” fotosuna dəyişməli, sosial şəbəkədən imtina etməli və həyatdan zövq almalısınız.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM