Facebook-da “Ebola” kampaniyası

18:53 | 06.11.2014
Facebook-da “Ebola” kampaniyası

Facebook-da “Ebola” kampaniyası

Facebook sosial şəbəkəsi “Ebola” virusunun ziyan vurduğu Qərbi Afrika ölkələrinə kömək məqsədi ilə istifadəçilərinin hesablarına hədiyyə qutucuğu əlavə edəcək.

ANN.Az Modern.az-a istinadən bildirib ki,  Facebook-dan verilən açıqlamada virusun təsirli olduğu Liberiya, Qvineya və Sierra Leonedəki müxtəlif bölgələrə, telefon və internet xidmətlərini dəstəkləmək məqsədi ilə 100 peyk rabitə şəbəkəsi qurulub.

Qarışıqlıq güdməyən bu kampaniya çərçivəsində insanlar eyni zamanda Beynəlxalq Sağlamlıq Qrupu, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyəti ilə Save the Childrena (Uşaqları qoruyaq ) vasitəsilə də yardım edə biləcəklər.

Facebook-un qurucusu  Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chan “Ebola” epidemiyası ilə mübarizə üçün keçən həftə ABŞ Xəstəlik İdarə və Tədbir Mərkəzi (CDC) Vəqfinə 25 milyon dollar hədiyyə verib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Ebola” epidemiyasında ölənlərin sayının 4 min 922 nəfərə çatdığını açıqlayıb. ÜST 23 oktyabra kimi böyük qisimi Qərbi Afrikadan olan Liberiya, Qvineya və Sierra Leonedə olmaq üzrə 10 min 141 nəfərin  “Ebola”ya yoluxmasının müəyyən edildiyi məlumatını verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür