"Facebook"-dan iş axtaranlar üçün FÜRSƏT

20:40 | 08.11.2016

"Facebook"-dan iş axtaranlar üçün FÜRSƏT

Sosial media nəhəngi "Facebook" "Microsoft"un satın aldığı karyera sosial şəbəkəsi "LinkedIn" ilə də rəqabət etmək istəyir. "Facebook" yeni xüsusiyyətini sınaqdan keçirməyə başladı.

Keçən həftə elan etdiyi "Game Room" tətbiqi ilə "Steam"a birbaşa rəqib olan "Facebook" indi də gözünü "LinkedIn"ə dikib. 
 
"Facebook" yeni açıqlamasında iş verənlərin iş elanı verə biləcəyi və gələn müraciətləri dəyərləndirə biləcəkləri yeni bir mexanizmi test etməyə başladığını elan etdi. 

"Facebook"un hələ ki, bu xidməti sınaq versiyasından çıxardıb tam olaraq istifadəyə alıb almayacağı bilinmir. Ancaq "LinkedIn"də çox sayda professionalın olduğu və "Facebook" yerinə çox zaman "LinkedIn"i izlədikləri də həqiqətdir.
 
Sosial media nəhənginin əlavə olaraq "LinkedIn"dəki iş elanlarından əldə edilən gəlirə də göz dikmiş ola biləcəyi düşünülür. 3-cü rüb maliyyə hesabatları açıqlanan "Facebook"un rəqəmləri, sosial media nəhənginin ən yaxşı gəlirli dövründə olduğuna əyani sübut oldu. Lakin o hələdə digər şirkətlərin gəlirinə göz dikməyə davam edir.

"LinkedIn" iş elanı vermək istəyənlərdən müəyyən ödənişlər alır və ya abunəlik haqqı tələb edir. Bu da "LinkedIn" üçün əsas gəlir mənbəyi hesab olunur. 

Beləki bu cür bir iş/işçi axtarış funksiyasının "Facebook"a əlavə edilməsi ilə iş həyatına başlamaq üzrə olan saysız gənci də "Facebook"a çəkmək və ya "Facebook"da saxlamaq şirkətin gəlirlərini daha da artıracaq. //Technote.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb