Facebook istifadəçilərinin məlumatlarını daha ciddi qoruyacaq

23:28 | 08.07.2016
Facebook istifadəçilərinin məlumatlarını daha ciddi qoruyacaq

Facebook istifadəçilərinin məlumatlarını daha ciddi qoruyacaq

"gizli çat" xidməti istifadəçilərə yazışmaların birbaşa (end-to-end) şifrelenmesini təklif edir

"Facebook" şirkəti "Facebook Messenger" ani yazışma proqramında "gizli çat" xidmətinin sınaqlarına start verib. ANS PRESS-in məlumatına görə, "gizli çat" xidməti istifadəçilərə yazışmaların birbaşa (end-to-end) şifrelenmesini təklif edir. Bu o deməkdir ki, bir qurğudan başlanılan yazışma digər qurğuda əlçatan olmayacaq.

Məsələm əgər siz dostunuza mobil telefon vasitəsi ilə mesaj yazmısınızsa həmin mesajı kompyuterdən oxumaq mümkün olmayacaq. 

Oxşar iş prosesi "Telegram" mesencerində tətbiq olunur. Bundan əlavə "Facebook"a məxsus WhatsApp proqramında bu cür şifrələnmə artıq 2016-cı ilin aprelindən istifadəyə verilib. 

 
Whatsapp-da mesajların şifrələnməsi haqda xəbərdarlıq

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb