• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Facebook” istifadəçiləri üçün maraqlı YENİLİK

“Facebook” istifadəçiləri üçün maraqlı YENİLİK
31.01.2014 20:33
“Facebook” sosial şəbəkəsi “Paper” mobil tətbiqini elan edib. Proqram “Facebook” postlarının oxunması üçün nəzərdə tutulub; o, sosial şəbəkədən istifadəçiyə maraqlı ola bilən yazıları toplayır və onlardan xəbər lenti yaradır. “Facebook” tərəfindən çəkilmiş videoçarxa əsasən, proqram fevralın 3-də çıxarılacaq. İlk öncə tətbiq yalnız ABŞ-da yaşayan “iPhone” smartfonlarının sahiblərinə əlçatan olacaq. Fevralın 4-də isə sosial şəbəkənin 10 yaşı tamam olacaq. “ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, xəbər lentində həm istifadəçinin dostlarının və abunə olduğu cəmiyyətlərin yazıları, həm də "kənar" postlar görsənir. “Paper” tətbiqi üçün yazıların seçilməsi “layk”lar əsasında və “Facebook”un redaktorlar komandası tərəfindən aparılır. “Paper” lentindəki postlar mövzular üzrə çeşidlənir və plitka şəklində görsənir. İstifadəçi plitkaya klik etməklə postun tam versiyasına daxil olur. “Facebook”un adi mobil tətbiqi kimi “Paper” də yazını “layk” etməyə və öz adından post yazmağa icazə verir. “Paper” tətbiqi “Facebook Creative Labs” laboratoriyasının layihəsidir. Bu tətbiq haqqında 2013-cü ilin payızından internetdə şayiələr gəzirdi. “Paper” konsepsiyasına görə “Flipboard” mobil tətbiqinə oxşardır: sonuncu sosial şəbəkələr və KİV-dən istifadəçiyə maraqlı yazıları seçir və onları jurnal formatında göstərir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
Dünya 23:15
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Dünya 22:36
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Hava şarı yandı -Ölən və yaralılar var
Dünya 22:11
Hava şarı yandı -Ölən və yaralılar var
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Dünya 22:05
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Dünya 22:01
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Dünya 21:54
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 21:38
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Dünya 20:56
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Dünya 20:44
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol