"Fədayə Laçın xəstəlikdən əziyyət çəkir"

12:11 | 12.11.2018

"Fədayə Laçın xəstəlikdən əziyyət çəkir"

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fədayə Laçının vəkili Nurəngiz Qarayeva çıxış edib.

O, F.Laçının səhhətində problem olduğunu, xəstəlikdən əziyyət çəkdiyini bildirib. 

Vəkil məhkəmədən F.Laçının barəsində sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə cəza verilməsini istəyib. 

Sonra F.Laçının vəkili Türkel Süleymanlı da eyni məzmunlu çıxış edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM