Fəxrəddin Manafov: “Aktyorluq sənəti – emosiyalarla zəngin ali riyaziyyatdır” – MÜSAHİBƏ

15:46 | 22.07.2016
Fəxrəddin Manafov: “Aktyorluq sənəti – emosiyalarla zəngin ali riyaziyyatdır” – MÜSAHİBƏ

Fəxrəddin Manafov: “Aktyorluq sənəti – emosiyalarla zəngin ali riyaziyyatdır” – MÜSAHİBƏ



Bugünkü həmsöhbətimiz görkəmli aktyorumuz Fəxrəddin Manafov olacaq. Müsahibəni oxucularımıza təqdim edirik: 

- Digər aktyorlardan fərqli olaraq, siz heç vaxt xarici görünüşünüzə görə əl-ayağa düşmürsünüz, ancaq bununla belə, parlaq yaradıcı xarizma yarada bilmisiniz.

 -  Bu gün bunu o qədər tez-tez deyirlər ki, istər-istəməz düşünməli oluram. Gəldiyim qərar isə başqalarına birmənalı görünməyə bilər. Bizim şəxsiyyətimizi bir çox amillər müəyyənləşdirir – genlər, təhsil, intellekt, tərbiyə, daxili mədəniyyət, sosium, doğulduğumuz məkan, ətraf mühit, hətta yaşadığımız şəhərin meri də! Bu prosesin nəticələrini özündən gizlətməyə çalışmayanlar xarizmatik insanlara çevrilirlər, özünü hansısa bəzəkli-düzəkli çərçivələrə salmaq istəyənlərdə isə xarizma dərhal yoxa çıxır. 

- Cəmiyyətdə yaşaya-yaşaya özünü baş verən hadisələrdən kənarda saxlamaq. Biz cəmiyyətimiz qəribə insanlara qəribə baxır. 

- 10 il əvvəl mən daxil azadlığın nə olduğunu qəfil başa düşdüm. Tamamilə azad olmaq mümkün olmasa da, əxlaqsızlığın və anarxiyanın siluetləri görünən hüdudları dərk etmək mümkündür. 

- Nə qədər çox yaşasan, o qədər çox itirirsən. Sizə bu hiss tanışdırmı? 

- 90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim... Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim.  Mənim hər şeyim vardı – ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! "Bunlar nədir, anormaldırlar, səhəri gözləməyə bilməzdilər bəyəm?”, - deyə düşündüm və yatmağa getdim. 
Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi... Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola salırdılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsinə qəbul edən bir insana çevrilmişdim. 
Yadımdadır bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccüblənmişdim! Bu bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki çox asandır! 

- Qərbdə vaxt-puldur, bizi isə tamam başqa dəyərlərlə tərbiyə ediblər. Ancaq siz məişət fərqliliklərindən danışdınız, bəs doğma yurddan kənarda siz öz xarakterinizdə hansı cizgiləri kəşf etdiniz? 

- Çox düzgün peşə seçdiyimi başa düşdüm. Mən qardaşımın şirkətində demək olar "sağ əl” idim, ancaq bu tamam başqa həyat idi. Bu illər ərzində mən əndişəylə əzab çəkirdim... Mənim hər şeyim vardı, ancaq öz guşəm, öz küçəm, harmoniyada mövcud olduğum o mühit yox idi. Söhbət heç vətənpərvərlikdən də getmir. Vətən odur ki, gözlərin qapalı şəkildə küçələri sakitcə arşınlaya bilirsən, çünki şəhərini əzbər tanıyırsan... 

- İndiki gənclər "vətən” anlayışına başqa cür yanaşırlar. Onlar bir məkana asanlıqla öyrəşirlər, başqa ölkələrdə illərlə yaşayırlar və və Bakı üçün ümumiyyətlə darıxmırlar... 

- Burada müəyyən qədər həqiqət payı var, axı biz onların qəlblərinin içinə baxıb nə baş verdiyini dərk edə bilmərik. Yəqin, onların müasir dünyayla əlaqə qurduğu texnologiya məsələsində biz daha heç zaman daha onlara çata bilməyəcəyik. 1974-cü ildə mən Almaniyada hərbi xidmətdə olanda, masaya oturub atama məktub yazmağın əməlli-başlı ritual idi: "Əziz atam, ana və qardaşlar...” İndisə hər şey kiçicik SMS-lərlə yoluna qoyulur...

Gənclərə bizim nəslimizin ədəbiyyata, teatra olan sevgisini başa salmaq olmur, onlar bunu səfehlik hesab edirlər. Onlar üçün vacib olan "tez olsun, bu saniyə olsun!”-dur. Bu barədə şikayətlənməyi də məqbul hesab etmirəm. Hər dövrün ikiayaqlılarının öz tələbatları var, gəncləri, onların valideynlərini, tarixi prosesləri günahlandırmaq da lazım deyil. 

Məndə ümumiyyətlə belə bir təəssürat var ki, hər şey göydən idarə olunur. Nəyə görə, Kusto okeanın dərinliyindən bir apparat tapdı, onu hansısa təşkilat aldı və ortaya müasir qadjetlər çıxdı? Biz bu mürəkkəb texnikadan asanlıqla istifadə edirik, ancaq nə baş verdiyini başa düşmürük! Sanki yuxarıdan bizi nəyəsə tələsdirirlər və artıq heç nə tarixdən, sivilizasiyadan asılı deyil... 

- Bizi hara tələsdirirlər? 

- Zənnimcə, bunu artıq Tarkovski və Spilberq öz filmlərində göstəriblər – saf idraka... 

- Axı buna yalnız fiziki ölümdən sonra çatmaq mümkündür! 

- Düşünürəm ki, Ömər Xəyyam, Nizami, Fizuli, Rudəki kimi şəxsiyyətlər bizim planetə elə-belə gəlməmişdilər. Bircə oxucular düşünməsin ki, Manafov işini-gücünü atıb, kosmos məsələləriylə məşğul olur, ancaq mən gün keçdikcə əmin oluram ki, bu həyatda heç nə sadə deyil... 

- Sadaladığınız bütün dahilər astagəl həyat sürmüşdü, illər boyu Şərqin müdrikliyini, təəssüratlarını toplamışdlar. Əsl incəsənət ümumiyyətlə astagəldir. Mən bir tamaşaçı kimi dövrümüzün meyvələrini görürəm – yüzlərlə, minlərlə təzə üz var, onlar arasında isə tək-tükləri yaddaqalan olacaq. 

- Ancaq bu qalın, sıx substansiya arasında Kventin Tarantino və Lars fon Triyer kimiləri də ortaya çıxır: bizim təsəvvürümüzə yad olan qəddar, qeyri-ənənəvi metodlarla təsir edirlər. Tarantino "Şərəfsiz alçaqlar”da ümumiyyətlə tarixi təhrif edir! Məhz bu, günümüzün müasir incəsənətidir – ürəyin nə istəyir elə, heç bir qadağa yoxdur, məkan açıqdır – sadəcə tamaşaçının qəlbinə nüfuz elə. Təkrarçılıq eləmək istəmirəm, çoxları bilir ki, bu gün incəsənətdə böhranın yaşandığı barədə fikir var. Elə filmlər çıxır ki, çıxmalarıyla unudulmaları bir olur. Bizlərdən kimlər səbəblər barədə düşünür? Nəyə görə, bu, Hollivudda da baş verir, Ebola virusa kimi dünya kinosunu cənginə alır? Demək hansısa məqsəd var. Və bu məqsədi kim qarşısına qoyub? Bu ancaq orada, ən başda baş verə bilərdi...  

Bizdə Azərbaycanda qəfildən rejissor Elçin Musaoğlunun çəkdiyi "Nabat” filmi ortaya çıxdı. Bizim kinematoqrafımızda təmkin və disiplin görəndə hədsiz sevindim. Bəlli olur ki, biz yaxşı film çəkə bilərik! Fikrimcə, bu onun göstəricisidir ki, saf ağılla yanaşdığımız anda və hələ buna hələ vaxtımız olacaq, həqiqi davamlı və faydalı bir şey ərsəyə gətirə biləcəyik. 

- Ancaq dünyanın monoetnik dinləri bizi dünyanı xilas eləməyə deyil, ruhumuzu xilas eləməyə çağırır! 

- Mən özümü xilas eləməyə çalışmıram, çünki din mənim dərdlərimin dərmanı deyil. Bu həyatı dəlicəsinə sevirəm. Mən dünyanı tərk edəndə, o dağılacaq... Bu barədə yeri gəlmişkən, məşhur professor Stiven Houkinq hər müsahibəsində danışır: "Yetər artıq, başqa bir həyat var deyə, özünüzü aldatdınız. Orada heç nə yoxdur!” Bu qorxuncdur, ancaq lənət şeytana, bəs birdən bu həqiqət olsa? Mən ümumiyyətlə, kainatın dərinliklərinə nəzər salmağı sevirəm, "Qara dəliklər”, "Qara materiya” kimi məfhumlar çox xoşuma gəlir.  Hər şeyə baxmaq üçün əbədiyyətin dərinliklərinə dalmaq hədsiz möhtəşəm olardı. 

- Ancaq gəlin öz günahkar dünyamıza qayıdaq... 

- ... balaca, ancaq çox isti və gözəl Yerimizə. Ordan da yavaş-yavaş yönələk teatra, mənim məsləyimə. Mən həmişə demişəm ki, insanlıqda incəsənətdən başqa gözəl bir şey yoxdur, fikrimi də dəyişməmişəm, sevinirəm ki, hansısa bacarıqlarım var, mənə bu möhtəşəm yaranışa toxunmağa imkan verir, onun sayəsində başqa dünayalara səyahət etmək, dərk etmək, düşünmək mümkündür... 

Bəzən özümü 20 il bundan əvvəlki tamaşaların mətnlərini oxuyarkən, yaxud əvvəllər oxuduğum şeirlərə nəzər yetirərkən, hansısa mahnını oxuyarkən yaxalayıram... Bunlar sadəcə xatirələr deyil, bunlar mənim ruhumu qidalandırır. 

- Bizim müasir dövrümüzdə sizdə təəssürat oyadan nədir bəs? 

- Yaxşı filmlər, ancaq bu gün təəssüf ki, belə filmlər tez-tez çəkilmir... Rasim Ocaqovun sayəsində mənim rus kinematoqrafiyasıyla sıx əlaqələrim var Donatos Banionis, Aleksandr Kalyaqin, Yuri Yakovlev, Yelena Bistriska, Qalina Polskaya kimi görkəmli aktyorlarla birgə işləmək fürsəti qazanmışam. Bir müddət əvvəl Balabanov və Andrey Panin rəhmətə getdilər. 5 il sonra o dahi artist ola bilərdi...

- Sizin peşakar olmanızda hansı aktyorların töhvəsi var? 

- Yevgeni Yevstingeyev, İnnokentiy Smoknutski, Rostislav Plyatt. Dünya kinosunda Cek Nikolson, dahi Entoni Hopkins. İlahi, gör nə qədər çalışmalı, öyrənməlisən ki, ekranda belə asanca boy göstərə biləsən!   

- Dahilik öyrənilən bir şeydirmi ki? Belə doğulmaq lazımdır! 

- Şübhəsiz, ancaq çoxlu öyrənmək də lazımdır, daim! Məktəb mütləqdir, birmənalı! 

- Əksər cavan artistlər sizinlə razılaşmayacaq, axı bəziləri üçün seriala çəkilmək kifayətdir ki, "Ulduz” olsunlar! 

- Axı kim bunu ciddi qəbul edir? Toz yatacaq və zaman hər şeyi yerinə oturdacaq. Tarixdə həmişə bizim öyrəndiyimiz və sayələrində özümüzü inkişaf etdirdiyimiz kəslər qalır. Sizə fərqi göstərməyə çalışacam.  Həm Nikolson, həm Hopkins qurd-adam obrazını canlandırıblar. Plastikanı möhtəşəm ifa etmiş Nikolsondan fərqli olaraq, Hopkins canavarın matrisasını oynayıb. Mənim üçün matrisa daha vacibdir! Nə edirəm, necə edirəm və nə üçün edirəm və Hopkinsdə hər şey təkcə gözlərdə cəmləşib. Bu, ali sənətdir!

Mənə rol təklif ediləndə, ssenarini on dəfələrlə oxumamış, öz qəhrəmamın xarakterindəki paradiqmanı əxz etməmiş o rolu oynaya bilmərəm. Mətni oxumaqla hər şey tamam olsaydı, nə vardı. Bu qeyri-ciddilikdir, çünki aktyorluq ustalığı emosiyalarla çulğalanmış ali riyaziyyatdır! 

- Bir aktrisanın dediyi kimi: "Mən əsəb sistemimi korlamaq üçün günlərlə məşğul oluram”. 

- Görünür, o hələ ustalıq yolunda olub. Bəziləri dəlilik həddinəcən gedib çıxırlar. Hədsiz ehtiyatlı və özünə nəzarət etmək gərəkdir, yoxsa insan dəli ola bilər, bu bir çox aktyorların başına gəlib, axırda özlərini tələf ediblər. Bizim peşəmizdə isterikaya yol vermək olmaz, o, yeni metodlar tələb edir. 

- Onları necə əxz edirsiniz? Artistlərin kvalifikasiya kursları yoxdur axı? 

- Daxildə daim şüuru, qeyri-şüuru iş gedir. Gördüklərimdən nəsə əxz etməyə, analiz etməyə, düşünməyə çalışıram. Tamaşaçı kimi filmə baxmaq mənim üçün çətindir, çünki hər şeydən əvvəl məni texnika maraqlandırır. 

Rola girəşəndə, onun ritmini qırmağa çalışıram, bu mənim qarşımda yeni hüdudlar açır, sonra ikinci, ya üçüncü tamaşada bunu ümumiyyətlə başqa formada təkrar edirəm. Və yaxın həmkarlarım yaxınlaşıb soruşurlar: "Bunu necə edirsən?”, Yaxşı ki, "Bunu necə oynayırsan” deyə soruşmurlar. Çünki "etməklə”, "oynamaq” arasında böyük fərq var. 

Otar Meqvinetuxusesi adlı dahi gürcü artisti vardı. Bir dəfə Bakıya qastola gəlmişdi, repetisiyadan sonra ondan heç də geri qalmayan azərbaycanlı artistlər teatr bufetində biraz boğazı yaşlamaq üçün onu dəvət etdilər. Ancaq Otar imtina etdi. "Sən nə danışırsan,– tamaşaya hələ altı saat qalıb!”, - deyib, onu yola gətirməyə çalışdılar. Otar isə dedi ki, gedim hazırlaşım, gör hələ görüləsi nə qədər iş var... Bax əsl aktyorluq budur – səhnəyə çıxıb süni səslə danışmaq deyil!

- İncəsənət rəqabəti və yad məşğuliyyətləri bağışlamır. Peşəniz üçün nələrdən keçmisiniz? 

- Daha yaxşı pul qazandıran başqa bir məkanda yaşasaydım, heç nəyi fəda etməzdim. Ancaq burada yaşamaqla, mən rifahımdan olmuşam, çünki mənim heç nəyim yoxdur, təkcə sənətimdən başqa. 

- Nə qədər qəribə olsa da, bizdə hələ də aktyorluq peşəsi kişiyə yaraşdırılmır, qadın üçünsə uyğunsuz sayılır. Akyor olmaq qərarına gələndə, ictimai qınaqdan yayınmalı oldunuzmu? 

- 8-ci sinfi bitirəndə məni ticarət texnikumuna yerləşdirdilər, ancaq bir aydan sonra mən aydınlıq gətirmədən texnikumdan çıxdım. Valideynlərimin bundan xəbəri olanda isə, mən artıq respublikanın əməkdar artisti idim, "Nizami” kineoteatrında isə böyük şəklim olan afişa asılmışdı. 

- Uşaqlığınız necə keçib?

- Çox çətin... Atam dənizdə işləyirdi, bizim tərbiyəmizlə isə anam məşğul olurdu, o 4 qardaşla bir bacını yedirtmək üçün çox əziyyət çəkirdi. İşə gedəndə o, hərəmizə 4 ədəq qənd parçası, bir neçə yağ parçası və biraz çörək qoyurdu. Bizim yeməyimiz sadəcə bundan ibarət idi, bir də onun gəlməyini, bizi yedirtməsini gözləyirdik. Qonşuda bizimlə həmyaşıd bir oğlan vardı. O hər səhər biz yeməyə başlayanda gəlib bizə qoşulurdu, biz yeməyimizi onunla bölməli olurduq, bu uzun müddət davam etdi, bir dəfə isə balaca qardaşım soruşdu: "Biz 4 nəfərik, hər gün ona 4 qənd parçası, bizə isə sadəcə 3 ədəd çatır. Nəyə görə axı?” Biz qərara gəldik və onun bizə gəlməsini qadağan etdik. 

Biz günlər boyu dərslərlə və ev işləriylə məşğul olurduq – təmizləyir, sobanı qalayır, ağacları suvarır, həyətdə iş görürdük. Bu yaşamaq uğrunda çətin həyat idi, ancaq bu gün mən maşın parklarında uşaq yeməkləri maşınını görəndə, uşaqlığımı qüssə və sevinclə yada salıram və şükür edirəm ki, məni bu yeməklərlə bəsləməyiblər! Müasir uşaqları genetika deyil, elm qidalandırır, bizim dövrümüzdə isə heç nə valideynlərdən asılı deyildi, çünki bizim qəbul etdiyimiz qidalar istər-istəməz fiziologiyaya, zehnə, davranışlara və s. təsir edirdi. 

Ancaq nə bilmək olar, ola bilsin, nanotexnologiya və filmlərdə popkornla böyüyən uşaqlar yeni nəsə yaradacalar. 

- Nə arzu edirsiniz? 

- Mənim bürcüm şirdir və mənim vəhşi afrika şirini qucaqlamaq və saçlarını sığallamaq kimi dəlisov istəyim var. Hərçənd bilirəm ki, bu  arzum həyata keçməyəcək... 

Meterialı Bəhram Bağırzadə təqdim edib. 
 
















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM