FHN camışı xilas edə bilmədi...

11:24 | 19.07.2014
FHN camışı xilas edə bilmədi...

FHN camışı xilas edə bilmədi...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər rayonu Hacıqərvənd kəndində Su kanalına camışın düşməsi barədə məlumat daxil olub. 
ANN.Az-ın xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, camış 2 metr dərinliyi olan su kanalına düşərək ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə camışın cəsədini sudan çıxarıblar. Əməliyyat saat 22:42-də başa çatıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM