FHN ”Sahil”dəki yanğınla bağlı məlumat açıqladı

17:49 | 12.03.2014
FHN ”Sahil”dəki yanğınla bağlı məlumat açıqladı

FHN ”Sahil”dəki yanğınla bağlı məlumat açıqladı

Fövqəladə Hallar Nazirliyi (FHN) ”Sahil”  ticarət mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın məlumatına görə, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kvadratmetr olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunub. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM