Fiziki şəxslərin gəlir vergisindən azad olunması təklif edilir

18:12 | 16.10.2015
Fiziki şəxslərin gəlir vergisindən azad olunması təklif edilir

Fiziki şəxslərin gəlir vergisindən azad olunması təklif edilir

 "Dəyişiklik büdcə təşkilatlarında çalışan 500 min insanı və digər sahələrdə çalışanları əhatə edəcək"

Fiziki şəxslərin gəlir vergisindən azad olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi təklif edilir.

"APA-Economics"in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, fiziki şəxsin muzdlu işlə əlaqədar olan aylıq gəliri 2500 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 mislinin, illik gəliri 30 000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsinin gəlir vergisindən azad olunması təklif edilir.

Qeyd edək ki, hazırda fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar olan aylıq gəliri 250 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 mislinin, illik gəliri 3000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsinin gəlir vergisindən azaddır.

F. Məmmədov bildirib ki, qeyd olunan dəyişiklik büdcə təşkilatlarında çalışan 500 min insanı və digər sahələrdə çalışanları əhatə edəcək: "Bu, çox dərin mühasibatlıqdır və onunla əlaqədardır ki, 200 manatdan yuxarı dərs yükü olan müəllimlər əsasən vergiyə cəlb olunduqları üçün onların əmək haqqından vergi çıxılırdı. Nəticədə onlar dərs yükü 200 manata qədər olan müəllimlərdən daha aşağı əmək haqqına malik olurdular. Nəticədə ədalətsizlik yaranırdı. Biz burda ədalət prinsipini bərqərar etmişik”.

Nazir əlavə edib ki, bu, ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əmək haqlarının leqallaşmasını da təşviq edəcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM