Foqtsun millimizdəki taleyinə nə vaxt aydınlıq gələcək?

13:19 | 10.12.2013
Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. ANN.Az-ın məlumatına görə, saat 11:00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxil edilib.İlk növbədə Azərbaycan millisi ilə müqavilə müddəti bitən baş məşqçi Berti Foqtsun komandadakı gələcək taleyi müzakirə olunacaq. Bundan başqa UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması məsələsinə baxılacaq.  AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi də gündəlikdə olan məsələlərdəndir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM