Fransa məhsullarını könüllü boykot edək - Naqif Həmzəyev

11:59 | 02.12.2022
Fransa məhsullarını könüllü boykot edək - Naqif Həmzəyev

Fransa məhsullarını könüllü boykot edək - Naqif Həmzəyev

Bütün gəncləri Fransa senatının qəbul etdiyi qətnaməyə etiraz bildirməyə çağırıram. Bunu Parlamentin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

"Qətnaməni pisləyirəm. Gəncləri, Qeyri hökümət təşkilatılarını bu məsələdə aktiv olmağa çağırıram. Hər kəs etirazını Fransa senatına və rəhbərliyinə bildirməlidir. Təklif edirəm ki, könüllü olaraq Fransa məhsullarını boykot edək” - deputat bildirib.

Naqif Həmzəyev onu da bildirib ki, bu günlərdə iranlı mütəxəssislərin Laçın yolu ilə Ermənistana keçməsi üzə çıxıb. 

"Laçın yolu ilə separatçılar olan əraziyə silahlar daşınır. Bir müddət sonra görəcəyik ki, Fransa dronları Azərbaycan səmasındadır. Susmamalıyıq. Diaspora fəaliyyətinə yenidən baxılmalıdır”, - deputat vurğulayıb.

Noyabrın 30-da Fransa senatı Azərbaycan əlehinə qətnamə qəbul edib. 

Milli Məclis noyabrın 30-da Azərbaycana qarşı qərəzli qətnamə qəbul edən Fransa senatının qətnaməsini rədd edib. Bu qətnaməni qərəzli mövqe kimi qəbul edib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM