Fransa vətəndaşının əsassız olaraq Azərbaycanda tutulması ilə bağlı Fransanın yaydığı bəyanat əsassızdır və qanuni təhqiqat prosesinə müdaxilədir. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
Fransa Xarici İşlər Nazirliyi Azərbaycandan respublikada saxlanılan fransızı azad etməyi tələb edib.
"Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər. Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq", - Hacızadə yerli mətbuata açıqlamasında bildirib.
Fransa vətəndaşı Martin Rian 4 dekabrda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək saxlanılıb.. Onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl Qərb mətbuatında məlumat yayılmışdı ki, 2023-cü il dekabrın əvvəlində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar və həbslər nəticəsində Fransa xüsusi xidmət orqanlarının geniş kəşfiyyat şəbəkəsi Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan isə Azərbaycanda, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində ifşa olundu.
Qısa müddətdə onlarla fransız casusu müəyyən edilib ki, onların bəziləri o dövrdə və ya ondan əvvəl Azərbaycanda fəaliyyət göstərmiş, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda gizli fəaliyyətlərini davam etdiriblər.
Qısa müddətdə onlarla fransız casusu müəyyən edilib ki, onların bəziləri o dövrdə və ya ondan əvvəl Azərbaycanda fəaliyyət göstərmiş, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda gizli fəaliyyətlərini davam etdiriblər.
Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı "persona-non-grata” elan edilib. Bir gün sonra Fransada Azərbaycan səfirliyinin 2 diplomatı arzuolunmaz şəxs elan olunub.
Deputat Tahir Kərimli təklif edib ki, Fransa rəsmi qaydada qeyri-dost ölkə elan edilsin.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !