Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq edilib.Bu barədə xarici KİV xəbər verir.
Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler nazirlərin siyahısını açıqlayıb.
"Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəz edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !