RF Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada dünyada erməni diasporunun ən varlı nümayəndələrindən biri olan Levon Ayrapetyanı saxlayıblar.
Tədbir RF İstintaq Komitəsinin (İK) "kinqisepp" cinayətkar qruplaşmasınnı fəaliyyətinin araşdırılması çərçivəsində keçirilib.Trend xəbər verir ki, Rusiya xidmət orqanlarındakı mənbə "Rosbalt"a məlumat verib ki, Levon Ayrapetyan RF FTX əməkdaşları tərəfindən iyulun 15-də "Domodedovo" aeroportunda saxlanılıb. O, buraya Monakodan gəlib. Əks-kəşfiyyatçılar iş adamını gücləndirilmiş mühafizə altında İK-yə dindirilməyə aparıblar. Orada ona saxlanması haqqında rəsmən məlumat verilib. Müstəntiqlər yaxın günlərdə Ayrapetyanın həbs olunması ilə bağlı Basman məhkəməsində iddia qaldıracaqlar.Oliqarxla bağlı tədbir "avtoritet" Sergey Finaginin rəhbərlik etdiyi "Kinqisepp" mütəşəkkil cinayət qruplaşmasının fəaliyyətinin ümumi araşdırılması çərçivəsində keçirilib. Ayrapetyanın bu qruplaşma ilə mümkün əlbirliyi ilə bağlı müstəntiqlərə sabiq senator, hazırda ömürlük həbs cəzası çəkən İqor İzmestyev məlumat verib.Levon Ayrapetyan dünyadakı erməni diasporunun ən varlı nümayəndələrinin "onluğ"una (10-cu yeri tutur) daxildir. "Onluğ"a amerikalı sahibkar Kirk Kerkoryan başçılıq edir. O, ABŞ-da nəhəng "Tracinda Corporation" korporasiyasının təsisçisi və prezidentidir.Ayrapetyan qondarma "erməni soyqırımı"nın dünya səviyyəsində lobbiçisi hesab edilir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !