Futbol millimiz İtaliyaya uduzdu

09:42 | 11.10.2014
Futbol millimiz İtaliyaya uduzdu

Futbol millimiz İtaliyaya uduzdu

"Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam edir. 

Qol.Az-ın məlumatına görə, Azərbaycan millisi  seçmə mərhələdə ikinci matçına çıxıb.

Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olub.  İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdən xalla ayrılmağa çalışırdı. Lakin qrupun aşkar favoriti olan İtaliya buna imkan verməyib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hər üç qolu Corcio Kyellini vurub.

Xatırladaq ki, komandamız "Avro-2004"ün seçmə mərhələsində də İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu. 

 10 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi, II tur

H qrupu

23:45. İtaliya - Azərbaycan - 2:1

Qollar: Kyellini, 44 (1:0), Kyelleini, 76-avtoqol (1:1), 83 (2:1)

Hakimlər: Hüseyin Göçek, Mustafa Eyisoy, Orkun Aktaş və Serkan Ok

Palermo. "Renzo Barbera" stadionu. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb