Güclü yağış Lənkəranda sel yaratdı

13:37 | 27.10.2014
Güclü yağış Lənkəranda sel yaratdı

Güclü yağış Lənkəranda sel yaratdı

Oktyabrın 25-də günün ikinci yarısından başlayan güclü yağış nəticəsində Lənkəranda bir sıra yaşayış məntəqələrini sel basıb.APA-nın cənub bürosunun məlumatına görə, ən ağır vəziyyət rayonun Şağlakücə kəndində müşahidə olunur. Kənd sakinlərinin bildirdiyinə görə, sel suları həyətlərə dolub, sakinlər evdən çıxa bilmirlər. Rayonun Siyavar kəndində də oxşar vəziyyət yaranıb. Kəndin küçələri, 100-ə yaxın həyətyanı sahə su altında qalıb. Xeyli sayda ev quşu boğularaq tələf olub. Evlərdə çatlar əmələ gəlib.Sel suları əkin sahələrini, taxıl zəmilərini də yuyub aparıb. Suyun törətdiyi fəsadların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Hazırda inzibati və yerli özünüidarəetmə orqanlarının əməkdaşları rayonun kəndlərində araşdırma aparırlar.Bölgədə yağıntılı hava şəraiti isə davam etməkdədir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti