Gədəbəy rayon rəhbərliyi jurnalistin profilinə hücum kampaniyası təşkil edir - VİDEO+FOTOFAKT

09:00 | 29.06.2020
Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edildi, spz və fikir azadlığı yarandı.  1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı var, kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.

Bütün bunlara rəğmən Gədəbəy rayon icra hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslər "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun  tələblərinə zidd olaraq söz azadlığına qarşı çıxır. Söz və məbtuat azadlığı boğmağa çalışır.

Redaksiyamıza daxil olan vətəndaş şikayətləri və apardığımız aşadırmalar nəticəsində əldə etdiyimiz faktlara əsasən Gədəbəy icra hakimiyyətinin işində yol verilən qanunsuzluqlar barədə  məqalədən (onu da qeyd edək ki, barəsində danışdığımız məqaləyə Gədəbəy İcra hakimiyyətindən münasibət bildirməsini istəsək  də hələlik cavab almamışıq -  red)  narahat olan icra başçısı tabeçiliyində olan işçilər vasitəsilə əməkdaşımız Zaur Qənbərovun Facebook profilini  şikayət etdirir və bu yolla bağlatdırmağa çalışır.
 
Şikayət barədə video və fotofaktı təqdim edirik:
 
 

Əldə etdiyimiz məlumata görə, videomaterialda profilin şikayət edilməsi təlimatını verən Gədəbəy icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini  Qədir Bağırovdur.

Fotofaktda Gədəbəy icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin göstərişini icra nümayəndələrinə çatdıran Gədəbəy rayon icra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddin Qılıcovdur. 

Gədəbəy rayon icra hakimiyyətinin rəhbərliyinə xatırlatmaq istəyirik ki, jurnalistin profilinə hücum təşkil etmək barədə göstərişi verməklə Cinayət Məcəlləsinin 163-cü maddəsinin tələblərini pozur. Həmin maddəni olduğu kimi dövlət rəsmisinin diqqətinə çatdırırıq. 

Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma;

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[308]

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Ümid edirik ki, hüquq mühafizə orqanları bu  məsələ ilə məşğul olacaq və jurnalistimizin profilinə edilən hücumun qarşısı alınacaq.
 
Onu da qeyd edək ki, Gədəbəy bölgəsi üzrə müxbirimi Zaur Qənbərov bu ilin mayında öz peşə vəzifəsini yerinə yetirərkən Gədəbəy DSMF rəhbəri  Elsun Xudaverdiyev və onun  sürücüsü tərəfindən elə Gədəbəy DSMF binasının içindəcə döyülüb,  döyülmə faktını telefona çəkməyə cəhdedərkən telefonu Elsun Xudaverdiyev tərəfindən əlindən alınaraq qırılıb. Təəssüf ki, bu hadisəyə də hələlik hüquqi qiymət verilməyib. 
 
 

Tərəfdaşların xəbərləri

REKLAM