Yol polisinin verdiyi məlumata görə, qəzaya səbəb "VAZ 2107" markalı avtomobilin sürücüsü olub. İdarəetməni itirən sürücü "VAZ 2107" markalı maşını yolun kənarında dayanmış "Lada Niva" markalı maşına çırparaq əks yola çıxıb və qarşı tərəfdən gələn "VAZ 21015" markalı avtomobil ilə toqquşub. Toqquşma nəticəsində hər iki maşın yolun kənarında dayanmış "Toyota Camry" markalı avtomobilə dəyərək onu əzib.
Qəza nəticəsində rayonda tıxac yaranıb.
Hadisə yerinə Tibbi Təcili Yardım və polis əməkdaşları gəlib.
Hazırda araşdırma aparılır.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !