“Gelandewagen” evakuatordan aşdı

13:30 | 27.04.2014
“Gelandewagen” evakuatordan aşdı

“Gelandewagen” evakuatordan aşdı

Bu gün Bakı şəhərinin Zivərbəy Əhmədbəyov küçəsində “Mersedes Gelandewagen” evakuatordan düşərək “Mitsubishi Pajero” markalı digər maşını vurub.

Anspress bildirir ki, evakuator icazəsiz yerdə saxlanmış avtomobili götürmək istəyəndə prosedur düzgün yerinə yetirilməyib. 

Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib.

Xatırladaq ki, bu, Bakı şəhərində son zamanlarda baş vermiş ikinci haldır. Bir xeyli öncə də bir “CİP” avtomobili evakuatordan başqa bir maşının üzərinə düşmüşdü.

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində maşınları evakuatorla daşımırlar və təkərlərini yerindəcə qıfıllayırlar.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti