Gələn il istidən qovrulacağıq

20:11 | 30.10.2014
Gələn il istidən qovrulacağıq

Gələn il istidən qovrulacağıq

2015-ci ildə Yür kürəsində hədsiz istilər gözlənilir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu vahiməli proqnozu “Amerika Milli Kosmik Agentliyi”nin (NASA) mütəxəssisləri veriblər. Proqnoz son illərdə müşayiət olunan hava hərarətinə uyğun olaraq hazırlanıb. 2014-cü ilin sentyabr ayında Yer kürəsində orta qlobal hərarət 15,7 dərəcə olub. Bu isə son 135 ilin ən yüksək göstəricidir.NASA-nın da dəyərləndirməsinə görə, 2014-cü il 1998-ci ildən bəri ən isti il hesab olunub. Ancaq növbəti ilin yayında planetdə dəhşətli istilər müşahidə olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM