Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq

12:11 | 03.04.2024
Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq

Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq

2025-ci il bəstəkar Üzeyir Hacıbəyovun abidəsi Sankt-Peterburqda qoyulacaq. Bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov deyib. 
 
"Biz indi Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz onu təkmilləşdirəcəyik,- Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

Üzeyir Hacıbəyov Azərbaycan milli operasının banisidir. O, 1913-cü il Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Həmin dövrdə o "Arşın mal alan" musiqili komediyasının yazıb.
 
Azərbaycan himninin sözlərinin müəllifi də Üzeyir Hacıbəyovdur. 
 
Gülnar 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb