Gənc sahibkarlar üçün seminar

10:32 | 14.04.2016
Gənc sahibkarlar üçün seminar

Gənc sahibkarlar üçün seminar

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvəti ilə iş adamı Bill Finneqan biznesə başlamaq istəyən azərbaycanlı sahibkarlar üçün Bakıda seminar keçirəcək. 

Təlim iştirakçılarına biznes ideyalar inkişafı, SWOT təhlilin aparılması, biznes planın hazırlanması, çətinlikləri həll etmə yolları, şirkət üçün loqotip və brend dizaynı, işin maliyyə tərəfləri və biznes qurmaq üçün vacib olan digər mövzularda məlumat veriləcək. 

Bill Finneqan ABŞ-da 50 ildən artıq qida məhsulları istehsal edən "Sandridge Food Corporation”  şirkətinin  vitse-prezidenti və məşhur "Oscar Mayer” və "Kraft Foods” restoranlar şəbəkəsinin baş meneceri vəzifəsində çalışır.

ANN.AZ-a verilən məlumata görə tədbirdə iştirak sərbəsdir və ərizə doldurmaq tələb olunmur. Seminar 14 aprel saat 19:00-da "Caspian Business Center”də təşkil ediləcək. Təlim ingilis dilində keçiriləcək.

Vüsal Əzizov
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM