Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyadakı Azərbaycanlı Gənclər təşkilatının sədri Leyla xanım Əliyevanın baş redaktorluğu ilə Moskvada nəşr olunan "Baku” jurnalının noyabr-dekabr sayı artıq dərc olunub.
Jurnalın bu dəfəki sayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiya Federasiyasının Perm şəhərində keçirilmiş II Beynəlxalq Martin MakDonax Teatr Festivalındakı uğurlu çıxışı haqqında məqalə yer alıb.
Məqalənin maraqlı başlığı oxucunu elə ilk anlardan cəlb edir: "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gözəllik kraliçası” tamaşası Permdə keçirilən II Martin MakDonax Beynəlxalq Teatr Festivalının ən parlaq hadisəsi oldu”.
Martin MakDonax hələ 27 yaşında olarkən Şekspirdən sonra dünyada 2-ci dramaturqdur ki, onun pyesləri Londonun dörd məşhur teatrlarında bu gün də nümayiş olunur.
Festivalda iştirak etmək üçün müraciət etmiş dünyanın 150 ölkəsi arasından seçilmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və teatrın təqdim etdiyi tamaşa məqalədə xüsusi olaraq vurğulanır. Artıq ikinci dəfə sözügedən festivalda iştirak edən teatrın nümayiş etdirdiyi tamaşa ingilis rejissoru Yan Vilyem Van Den Boş tərəfindən hazırlanıb. Martin MakDonaxın "Lineynin trilogiyası”na daxil olan "Gözəllik kraliçası” 40 yaşlı qızın 70 yaşlı anası ilə qarşılıqlı və nifrət dolu yaşamını əsk etdirir. Tamaşamız və peşəkar aktyor oyunu haqqında yazan məqalə müəllifinin sözlərinə görə "Gözəllik kraliçası” hər bir insanın öz xoşbəxtliyi və bu xoşbəxtliyin onun yaxınlarına təsiri haqqında düşünməyə vadar edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !