Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşa

09:31 | 10.01.2014
Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşa

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yaxın günlərdə iki yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, teatrın kiçik səhnəsində nümayiş olunacaq hər iki tamaşa maraqlı mövzusu, səhnə tərtibatı və aktyor oyunu ilə fərqli olacaq.Yanvarın 14-də göstəriləcək “Bir səbət tənhalıq” tamaşası dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanıb.Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Eşqin Quliyev) bəhs edir.Yanvarın 16-da göstəriləcək növbəti tamaşa isə Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanıb.

“Bir gecənin nağılı” adlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır. Tamaşanın səhnə tərtibatı Zəminə Orucova, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

Tamaşada Gülnaz (Zülfiyyə Alhüseynova) və Namiq (Eşqin Quliyev) adlı iki gəncin maraqlı tanışlığı və sonrakı taleyi öz əksini tapıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb