Gəncədə I Ümumrespublika Tərcümə Müsabiqəsinin final mərhələsi keçiriləcək

20:03 | 14.07.2014
Gəncədə I Ümumrespublika Tərcümə Müsabiqəsinin final mərhələsi keçiriləcək

Gəncədə I Ümumrespublika Tərcümə Müsabiqəsinin final mərhələsi keçiriləcək

Beynəlxalq Tərcüməçilər Federasiyasının rəsmi təqvimində öz yerini almış 1-ci Ümumrespublika Tərcümə Müsabiqəsinin final mərhələsi 12-13 iyul 2014-cü il tarixlərində Gəncə şəhərində baş tutacaq. Azərbaycan Gənclər Fondunun dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən keçirilən bu müsabiqənin ilk iki turu Bakı şəhərində keçirilmişdir. Müsabiqənin birinci turunda iştirakçıların yazılı, ikinci turunda isə şifahi tərcümənin ardıcıl növü üzrə bacarıqları yoxlanılmışdır. Ölkə səviyyəsində son illərdə tərcümə sənətinə ayrılan diqqət fonunda keçirilən bu müsabiqənin məqsədi gənclər arasında tərcümə sənətini təşviq etmək, perspektivli gəncləri üzə çıxarmaq və onların işlə təminatında köməklik göstərməkdir. Qeyd edək ki, Beynəlxalq Tərcümə Federasiyasının rəsmi təqvimində artıq öz yerini tutan bu müsabiqədə gənclərin yazılı, ardıcıl və sinxron şifahi tərcümə bacarıqları yoxlanılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM