Gəncədə ölən 11-ci sinif şagirdi prokurorun qızı imiş

20:11 | 29.03.2015
Gəncədə ölən 11-ci sinif şagirdi prokurorun qızı imiş

Gəncədə ölən 11-ci sinif şagirdi prokurorun qızı imiş

 Faktla bağlı araşdırmalar davam etdirilir

Gəncədə baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, "Mahrasa bağı” adlanan ərazidə özünü çoxmərtəbəli binadan ataraq intihar edən Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır. 11-ci sinifdə oxuyan qız özünü 13-cü mərtəbədən ataraq öldürüb.

Qeyd edək ki, F.Məmmədovanın ayağının sürüşərək 13-cü mərtəbənin pəncərəsindən yıxılması ehtimalı da var. Araşdırmalar davam etdirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM