Gəncədə yanğın

11:00 | 27.07.2014
Gəncədə yanğın

Gəncədə yanğın

Bu gecə Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğının qarşını alıb.

Yanğın zamanı 3 nəfər: 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. 

Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 280 kv.m olan kommunal tipli, 4 ailəyə məxsus birmərtəbəli yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM