Gəncədəki hərbi hissələr köçürüləcəkmi? - Rəsmi cavab

11:12 | 19.02.2014
Gəncədəki hərbi hissələr köçürüləcəkmi? - Rəsmi cavab

Gəncədəki hərbi hissələr köçürüləcəkmi? - Rəsmi cavab

Müdafiə Nazirliyindən Gəncənin mərkəzində olan hərbi hissələrin köçürülməsi ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Silahlı Qüvvələrin birlikləri, birləşmələri və hərbi hissələri Azərbaycan Respublikasının Hərbi Doktrinasının tələblərinə müvafiq olaraq yerləşdirilir: “Azərbaycan Respublikasının Hərbi Doktrinasının tələblərinə müvafiq, Silahlı Qüvvələrin birlikləri, birləşmələri və hərbi hissələri müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir”.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin yekunlarına həsr edilən hesabat iclasında bildirib ki, Yaxın vaxtlarda Gəncənin mərkəzində olan hərbi hissələr başqa yerlərə köçürüləcək.

İcra başçısının sözlərinə görə, hərbi hissələrin köçürülməsi işinə yaxın vaxtlarda başlanılacaq.Elmar Vəliyev onu da əlavə edib ki, bu hərbi hissələr köçürüləndən sonra, onların yerində hündürmərtəbəli binalar, yaşayış massivləri tikiləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM