Gəncənin məşhur parkı: Xanbağı REPORTAJ

15:55 | 21.07.2015
Gəncənin məşhur parkı: Xanbağı – REPORTAJ

Gəncənin məşhur parkı: Xanbağı REPORTAJ

Rüstəm Qasımov

Azərbaycanın qədim şəhəri Gəncə qədim və maraqlı tarixi abidələrlə zəngindir. Təkcə Gəncənin məşhur sərkərdəsi Cavadxanın adını daşıyan küçəni misal çəkmək də kifayətdir, o, açıq hava altında muzeyə bənzəyir. 

Ancaq siz sakit və dinc bir yerdə istirahət etmək istəyirsizsə, Gəncənin məşhur parkı, şəhərin artıq vizit kartına çevrilən Xanbağını ziyarət etməlisiz. Hətta yayın cırhacırında da bu balaca meşəlik ərazi sərin olur. Parkın ərazisində çoxəsrlik ağaclar mövcuddur, onların da əksəriyyətini ağcaqayınlar və çinarlar təşkil edir. 

Gövdələri iri olduğundan yarpaqlı ağaclar əla kölgəlik yarada bilirlər. Ona görə də Günəşin şüaları çətinliklə içəri daxil ola bilir. 
 


Xanbağında çox sayda palma ağacı da mövcuddur. Onlar Gəncənin florasıyla yaxşı uyuşurlar. 
 



Parkın düz mərkəzində məşhur azərbaycanlı şairə, Rəsul Rzanın həyat yoldaşı və Azərbaycan Yazıçılar Birliyinin hazırki sədri Anar Rzayevin anası Nigar Rəfibəylinin abidəsi yerləşir. 
 


Xanbağının ərazisində həmçinin müntəzəm surətdə tədbirlərin keçirildiyi yaşı teatr da fəaliyyət göstərir. 
 



Tetarın yanında isə metal konstruksiyadan hazırlanmış pianoda ifa edən musiqiçini xatırladan maraqlı abidə də mövcuddur. Abidəyə kol sarmaşıb və vaxt keçdikcə, kol böyüyərək bütün abidəyə sarmaşaraq, onu yaşıllaşdırıb. 
 



Burada Azərbaycanın milli qəhrəmanı İsrafil Məmmədovun da heykəli mövcuddur.
 
 

Xanbağındakı cığırlara xüsusi plitkalar qoyulub ki, gəzərkən rahat olsun. Hər şey təmiz və səliqəlidir, çünki parkın işçiləri daim onu təmizləmək və səliqəyə salmaqla məşğuldurlar. 
 


Parkda çox sayda quş məskən salıb, onlardan ən populyarları göy göyərçinlərdi, onlar özlərinə yuva kimi ağac oyuqlarını seçiblər. 
 


Parkın faunasına gəldikdə isə, yerləşdirilən lövhədən belə anlamaq olur ki, parkda dələlər yaşayır. Onlar çox hürkək məxluqlardır, ona görə də adam çox olan zamanlar onları görmək müşkül məsələdir. 
 
 

Parkın ərazisində üç çayxana fəaliyyət göstərir, ziyarətçilər bura gəldikləri zaman çayxanada oturub ətirli samovar çayının ləzzətini ala bilərlər. Uşaqlar üçün atraksionlar quraşdırılıb, onlar burda darıxmaya bilərlər. 
 


Xanbağının gözəlliklərindən biri də buradakı ağ durnalardır, onları yemləmək üçün həm Gəncə sakinləri, həm də qonaqlar gəlirlər. 
 


Bağın ərazisindəki gölcükdə durnalar özlərini təmizləyir, heç nəyə fikir vermədən arxayın-arxayın üzürlər. Durnaların heç nədən qorxmadığını, sakitcə öz işlərində olduğunu və insanların da onlara tamaşa etdiyinə icazə vermələrini görmək böyük zövqdür. 
 



Bir sözlə, Xanbağı şəhərin ən maraqlı gəzməli-görməli yerlərindən biridir, bura istirahət üçün əla məkandır. 

ANN.Az xəbər portalı Xanabğında çəkilmiş fotosessiyanı oxucularına təqdim ediri. Xoş seyrlər: 
 













 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb