General Dəmirbulaq vəfat edib

15:00 | 24.08.2014
General Dəmirbulaq vəfat edib

General Dəmirbulaq vəfat edib

1992-93-cü illərdə Əbülfəz Elçibəyin hərbi məsələlər üzrə müşaviri vəzifəsini tutmuş, istefada olan general-leytenant Yaşar Dəmirbulaq İstanbulda  vəfat edib.

General Dəmirbulaq ürək-damar çatışmazlığından əziyyət çəkib.

Qeyd edək ki, 1933-cü ildə  anadan olmuş Yaşar Dəmirbulaqın ata-babası İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən Qarsa köçüb. Türk ordusunda 35 il xidmət edən Y. Dəmirbulaq, Hərbi Hava  Qüvvələri Kəşfiyyat İdarəsinin rəisi, Türkiyənin Vaşinqtondakı hərbi attaşesi vəzifələrini tutub. O, 1988-ci ildə təqaüdə çıxı

1992-ci ilin iyununda prezident Əbülfəz Elçibəyin dəvəti ilə Azərbaycana gəlib və  bir  il onun hərbi məsələlər üzrə müşaviri olub.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM