General: Əcnəbilər ordumuzda xidmət etmək istəyir

17:59 | 13.02.2015
General: Əcnəbilər ordumuzda xidmət etmək istəyir

General: Əcnəbilər ordumuzda xidmət etmək istəyir

Qadınların və əcnəbilərin Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmətinə icazə verən "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın qəbulu günün tələbidir.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A.Rəhimov qeyd edib ki, Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmət etmək arzusunda olanlar var.

"Belə hallar varsa, bunu qanuniləşdirmək lazımdır”, - deyə A.Rəhimov vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM