Generaldan “Qarabağ mitinqi” ilə bağlı AÇIQLAMA

15:05 | 27.09.2018
Generaldan “Qarabağ mitinqi” ilə bağlı AÇIQLAMA

Generaldan “Qarabağ mitinqi” ilə bağlı AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov bir qrup siyasi partiya və ictimai təşkilat nümayəndəsinin 29 sentyabrda "Qarabağ mitinqi” keçirmək üçün təyin etdiyi icazəli mitinqlə bağlı açıqlama verib.

Səhlab Bağırov Unikal.org-a bildirib ki, sabah təşkilatçıları İdarəyə dəvət edib, aksiya iştirakçılarını asayişi pozmağa, qanuna zidd fikirlər və hərəkətlərə yol verilməmək barədə xəbərdarlıq ediləcək.

"Şənbə günü keçirilməsi nəzərdə tutulan mitinqə icazə verildiyi üçün polis iştirakçıların təhlükəsizliyini təmin edəcək. Mitinq təyin olunduğu vaxtda və yerdə keçirilməlidir. Polisin vəzifəsi təhlükəsizliyi təmin etmək və qanunun aliliyini qorumaqdır. İştirakçıların da borcu odur ki, təyin olunmuş yerdən və vaxtdan kənara çıxmasınlar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM