Girov azərbaycanlı ilə bağlı xəbər var

11:00 | 12.07.2014
Girov azərbaycanlı ilə bağlı xəbər var

Girov azərbaycanlı ilə bağlı xəbər var

BQXK Quliyev Şahbaz Cəlaloğlu ilə bağlı araşdırmalara başlayıb"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dünən əsir düşdüyü deyilən Quliyev Şahbaz Cəlal oğlu ilə bağlı bizə müraciət edib".Bunu ANS PRESS-ə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova deyib.Onun sözlərinə görə, Dövlət Komissiyası BQXK-yə etdiyi müraciətində əsir düşdüyü iddia edilən Quliyev Şahbaz Cəlal oğlu adlı şəxs haqqında kütləvi informasiya vasitələrində yayılan məlumatların aydınlaşdırılması bildirilir."Mediada yayılan xəbərləri araşdırağıq. Bundan sonra fakt təsdiqini taparsa, o zaman müvafiq işləri həyata keçirməyə başlayacağıq", deyə İlahə Hüseynova bildirdi.Qeyd edək ki, iyunun 11-də cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilirdi. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır.Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM