Girov götürülən Kəlbəcərli ilə bağlı fakt

15:44 | 15.07.2014
Girov götürülən Kəlbəcərli ilə bağlı fakt

Girov götürülən Kəlbəcərli ilə bağlı fakt

Ermənistan Silahlı Qüvvələri tərəfindən doğma yurdu olan Kəlbəcərdə girov götürülən Dilqəm Əhmədovla bağlı yeni fakt əldə edilib. 
ANN.Az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətindən AzNews.az-a bildirilib ki, hazırda erməni girovluğunda olan soydaşımız əslən Kəlbəcər rayonundan olsa da, Rusiya vətəndaşıdır. İH-dan deyilib ki, D. Əhmədovla birlikdə girov götürülən Şahbaz Quliyev isə Tərtər rayon sakinidir. 
Qeyd edək ki, Erməni mətbuatı 2 azərbaycanlının Dilqəm Əhmədovun və Şahbaz Quliyevin girov götürüldüyü barədə məlumatları dünən yayıblar. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM