Girovlarla bağlı danışıqlara başlandı

12:58 | 23.07.2014
Girovlarla bağlı danışıqlara başlandı

Girovlarla bağlı danışıqlara başlandı

BQXK nümayəndəsinin separatçı rejimin rəhbərliyi ilə görüşünün təfərrüatları açıqlanmır

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın işal altında olan ərazilərindəki separatçı rejimdə olan nemayəndəsi Tomas Xalier qondarma respublikanın xarici işlər naziri Karen Mirzoyan ilə görüşüb.ANS PRESS-in məlumatına görə, tərəflər Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və öldürüldüyü iddia edilən Həsən Həsənovla bağlı məsələləri müzakirə edib.Müzakirələrin konkret nədən ibarət olduğu hələlik mətbuata açıqlanmır.Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə valideynlərinin qəbrini ziyarət edərkən ermənilər tərəfindən girov götürülüb. Ermənilər iddia edir ki, Həsən Həsənov öldürülüb. Lakin onun ölümü ilə bağlı heç bir fakt ortaya qoyulmur. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM