Gülən camaatının Azərbaycandakı mülklərini açıqlandı

17:30 | 23.02.2014
Gülən camaatının Azərbaycandakı mülklərini açıqlandı

Gülən camaatının Azərbaycandakı mülklərini açıqlandı

 Fətullah Gülən camaatının Azərbaycanda olan fəaliyyəti ilə bağlı şok faktlar üzə çıxıb. ANS PRESS-in məlumatına görə Türkiyə mətbuatı Gülənin Azərbaycanda olan fəaliyyətini araşdırıblar. 

Araşdırmada Azərbaycan məktəblərində din dərslərinin tədris olunmadığı üçün Gülən caamatına məxsus məktəblərdə uşaqlarını oxutduran valideynlərin narahatlıqları ifadə olunub. 

Müdafiə naziri Zakir Həsənovun da adının səsləndiyi səs yazısı Azərbaycan tərəfindən təkzib edildikdən sonra başqa bir iddialar ortaya atılıb. 

Belə ki, Türkiyə mətbuatında yer alan xəbərlərdə Azərbaycandakı ABŞ Səfirliyindən Vaşınqtona ötürülən və "Vikileaks" sənədləri arasında yer alan məlumatlarda Azərbaycanda Gülən camaatına məxsus 13 dərsanənin, 11 kollecin (Litsey və orta məktəb), Qafqaz Universitetindən söhbət açılır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM