Gülənə ağır zərbə

16:20 | 20.05.2014
Gülənə ağır zərbə

Gülənə ağır zərbə

Gülən məktəblərinə dəstək verən təlimatnamə ləğv edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib.2003-cü ildə o dövrün xarici işlər naziri olmuş Abdullah Gül imzası ilə səfirliklərə göndərilən təlimatnamədə Gülən camaatı ilə təmas və əməkdaşlıq edilməsi istənilib. Səfirliklərə Gülən məktəblərinin tanıdılması, məktəbləri ziyarət edəcək olan rəsmi heyətləri də müşayiət edilməsi təlimatı verilmişdi.Gülün bu təlimatnaməsi 14 Mart 2008-ci il tarixində Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan AK Partiyanın bağlanılması ilə bağlı iddiada da öz əksini tapıb: ''Dünyəvi dövlət quruluşunu dəyişdirərək yerinə dini qaydalara söykənən bir dövlət qurmaq məqsədiylə, qeyri-qanuni təşkilat qurub bu məqsədə istiqamətli fəaliyyətlərdə aparmaq ittihamı ilə haqqında iddia açılan Fəthullah Gülən adlı təriqət liderinin, xaricdə qurduğu məktəblər, ticarət şirkəti olaraq qiymətləndirilib. Abdullah Gülün imzası ilə səfirliklərə göndərilən təlimatnamədə Gülən camaatı ilə təmas və əməkdaşlıq edilməsi istənilib". ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb