Gülər Əhmədova: "Yalvarıram, imkan verin"

16:52 | 28.04.2014
Gülər Əhmədova: "Yalvarıram, imkan verin"

Gülər Əhmədova: "Yalvarıram, imkan verin"

Ekspertin Elşad Abdullayevin yaydığı videonun montaj olub-olmaması barədə cavabı sabiq deputatı əsəbləşdirib

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı davam edib. ANS PRESS-in məhkəmədə olan müxbirinin verdiyi məlumata görə, fasilədən sonra məhkəmə vəkillər və G.Əhmədovanın vəkillərinin sualları əsasında davam edib. 

"Elşad Abdullayev özü də bilmədən təqdim etdiyi videonun montaj olduğunu deyib. Belə ki, o videonun 5 saat olduğunu demişdi. Amma ekspertizada 1 saat 30 dəqiqəlik video mövcuddur. Bunun da 13-cü dəqiqəsində kəsilmə, 50-ci dəqiqədə isə küy var". Bunu Gülər Əhmədova məhkəmə baxışı zamanı deyib. 

O, videonun montaj olub-olmadığı barədə ekspert Məmməd Ramazanova müraciət edib. Ekspert bildirib ki, videonun montaj olub-olmadığı müəyyən deyil. 

Bu cavab sabiq deputatı əsəbləşdirib. "Sizin qeyri-müəyyən cavablarınız üstündə 1 il 3 aydır ki həbsdəyəm, azadlığa çıxa bilmirəm. Belə şey olar?"

Daha sonra prosesdə dövlət ittihamçısı ilə yenidən mübahisə düşüb. Buna səbəb onun G.Əhmədovanın və vəkillərin suallarına etirazı olub. 

"Yalvarıram sizə, imkan verin sualımı sona kimi deyim. Niyə sözümü kəsirsiniz?". 

Məhkəmə sabah saat 14:30-da şahidlərin dindirilməsi ilə davam edəcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti